Uels Futbol Assosiasiyası millinin baş məşqçisi Rayan Giqqzlə yolları rəsmən ayırıb.
Newsport.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
Xatırladaq ki, Rayan Giqqz 2020-ci ilin noyabrında keçmiş sevgilisinə təcavüz etməkdə ittiham olunub. Bu iş üzrə məhkəmənin yaxın vaxtlarda baş tutacağı gözlənilir.