"Real"ın prezidenti Florentino Peres Avropa Superliqası layihəsinin hələ də aktual olduğunu bildirib.
Newsport.az xəbər verir ki, funksioner bu barədə "Marca"ya açıqlamasında danışıb. O deyib:
“Əlbəttə ki, Avropa Superliqası hələ də sağdır. İndi Lüksemburq məhkəməsində məsələ həll olunur. Tezliklə məhkəmə olacaq, bizim qaldırdığımız məsələlərlə bağlı qərar veriləcək. Hesab edirik ki, Avropa Birlikləri çərçivəsində öz aramızda yarışlar təşkil etmək hüququmuz var. Biz başa düşürük ki, UEFA monopoliyadır. Lakin Avropa İttifaqında 27 üzv ölkə arasında rəqabət əsasdır. Çempionlar Liqasından kənarda qalmaqdan heç vaxt qorxmamışıq. Amma onlar bu barədə əvvəldən danışırdılar".