"Barselona" onunla razılaşdı

"Barselona" yarımmüdafiəçisi Qavi ilə yeni müqavilə imzalamağa yaxındır.

Newsport.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Kataloniya klubunun nümayəndələri ilə futbolçunun meneceri İvan de la Penya arasında bugünkü görüş uğurlu alınıb. Tərəflər artıq razılaşıblar. 

İspan futbolçu "Barselona" ilə 2028-ci ilə qədər müqavilə imzalayacaq. Müqaviləyə 1 milyard avroluq təzminat maddəsi daxildir. 

Qeyd edək ki, 17 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Brselona"nın heyətində 46 oyunda 2 qol vurub və 5 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right