"Real"ın futbolçusu Ferlan Mendi karyerasını İngiltərədə davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, "Mançester Yunayted" və "Çelsi" fransalı oyunçunu transfer etmək istəyir.
Mendi 2019-cu ildə "Lyon"dan "Real"a keçmişdi.
Qeyd edək ki, 27 yaşlı futbolçu başa çatan mövsümdə Madrid təmsilçisi ilə 35 oyunda iştirak edib. Müdafiəçinin klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.