Haaland "Mançester Siti" ilə müqavilə bağladı

"Mançester Siti" yeni transferi Erlinq Haalandla müqavilə bağlayıb.

Newsport.az xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb. Son klubu Dortmund "Borussiya"sı olan norveçli hücumçunun sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

21 yaşlı forvard iyulun 1-də "Mançester Siti"nin futbolçusu sayılacaq.

Qeyd edək ki, 2020-ci ilin yanvarından "Borussiya"da çıxış edən Haaland bu müddətdə 89 oyuna 86 qol vurub, 23 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right