"Çelsi"nin futbolçusu "Barselona"ya keçir

İngiltərənin "Çelsi" klubunun futbolçusu Markos Alonso İspaniya "Barselona"sına keçməyə yaxındır.

Newsport.az-in məlumatına görə, bu barədə jurnalist Fabritsio Romano şəxsi teleqram kanalında yazıb.

O bildirib ki, 32 yaşlı sol cinah müdafiəçisi müqaviləsinin şərtlərini razılaşdırıb. Hazırda "Barsa" "zadəganlar"dan transfer məbləği üzrə tələbləri gözləyir.

Qeyd edək ki, Markos Alonso ötən mövsüm "Çelsi"də 46 oyuna 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniyalı futbolçunun transfer məbləği 15 milyon avro ilə qiymətləndirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right