"Bilirəm ki, Kriştiano Ronaldonun qalmaq ehtimalı var"

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill komandanın hansı mövqeləri gücləndirməli olduğu haqda danışıb.

Newsport.az-in məlumatına görə, Mançester klubunun saytına açıqlama verən keçmiş futbolçu “qırmızı şeytanlar”ın mərkəz hücumçusuna ehtiyacı olduğunu deyib:

“Klubun mərkəz hücumçusuna ehtiyacı var. Bilirəm ki, Kriştiano Ronaldonun qalmaq ehtimalı var, o, parlaq oyunçudur.

Bununla belə, “Mançester Yunayted”ə yeni mərkəz hücumçusu lazımdır. Mərkəz hücumçusu vacibdir”.

37 yaşlı Ronaldo son mövsümdə “Mançester Yunayted”in heyətində 39 oyunda 24 qol vurub və 3 məhsuldar ötürmə edib. MY son mövsümdə Premyer Liqanı 6-cı pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right