"Barselona"da 4 futbolçu maaşının azaldılmasına razılıq verdi

"Barselona"nın prezidenti Xuan Laporta bildirib ki, komandanın kapitanları klubun maliyyə vəziyyətini yaxşılaşdırmaqdan ötrü, maaşlarının azaldılmasına razılıq veriblər.

Newsport.az-ın məlumatına görə, klub rəhbəri futbolçulara minnətdarlığını bildirib:

"Jerard Pike, Jordi Alba, Serxio Buskets və Serxi Roberto maaşlarının aşağı salınmasına razılaşmaqla kluba yaraşanı etdilər. Biz həmişə onlara minnətdar olacağıq. Bu jest çox vacib idi. Bunu kapitanlardan başqa, heç kim etmədi".

Qeyd edək ki, son illər "Barsa" təmsilçisi maliyyə problemləri yaşayır. Ona görə də klub futbolçularının maaşlarının azaldılmasına qərar verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right