“Bayern” rəsmisi Levandovski ilə söhbətindən danışdı

“Bayern”in idman direktoru Hasan Salihamiciç mətbuatdakı açıqlamaları ilə bağlı komandanın hücumçusu Robert Levandovski ilə söhbət etdiyini bildirib.

Newsport.az-ın məlumatına görə, klub rəsmisi, polşalı futbolçuya sakitləşməli olduğunu dediyini bildirib:

“Levandovskinin klubla 2023-cü ilə qədər müqaviləsi var və biz onun “Bayern”də olmasından çox şadıq. Düşünürəm ki, indi vəziyyət sakitləşəcək. Biz onun ictimai açıqlamalarından danışdıq və hamımızın sakitləşməsinin lazım olduğunu söylədik”.

Daha əvvəl 33 yaşlı Levandovski bu yay “Bayern”dən ayrılmaq qərarını verərək, Münhendəki karyerasının bitdiyini və artıq klubda oynamaq istəmədiyini bildirmişdi. “Barselona” polşalı futbolçunu transfer etmək üçün əsas namizəddir.

Levandovski 2014-cü ildən “Bayern”də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right