"Adana Demirspor" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi "Real Sosyedad"ın müdafiəçisi Kevin Rodrigesi transfer edib. Futbolçu ilə 3 illik sözləşmə imzalanıb.
28 yaşlı oyunçu Portuqaliya millisində 3 matç keçirib.
2016-cı ildən "Real Sosyedad"da çıxış edən müdafiəçi geridə qalan mövsümü icarə əsasında La Liqanın digər təmsilçisi "Rayo Valyekano"da keçirib. Rodriges Madrid təmsilçisi ilə 17 oyuna çıxıb.