“Barselona”nın hücumçusu Ferran Jutqla “Brügge”yə keçib.
Newsport.az xəbər verir ki, Kataloniya klubunun rəsmi saytında yer alan xəbərə görə, Belçika klubu 23 yaşlı ispaniyalı üçün 5 milyon avro ödəyəcək.
“Barselona” hücumçunun növbəti satışından 10 faiz pay alacaq.
Jutqla ötən mövsüm “Barselona”nın heyətində 9 oyunda 2 qol vurub.