“Barselona” futbolçularının maaşı ilə bağlı yeni qayda tətbiq etmək niyyətindədir.
Newsport.az xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb. İddia edilir ki, klub prezidenti Joan Laporta futbolçuların illik gəlirinin azaldılması təklifi ilə çıxış edib. O hesab edir ki, klubda ən yüksək maaş alan oyunçunun illik gəliri 10 milyon avronu keçməməlidir. Futbolçuların bu təkliflə razılaşdığı bildirilir.
Məlumata görə, Robert Levandovski Kataloniya təmsilçisi ilə müqavilə bağlasa, o, ildə 9 milyon avro qazanacaq.