Ronaldo "Mett Basbi" mükafatına layiq görüldü

"Mançester Yunayted"də 2021-2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kriştiano Ronaldo azarkeşlərin səsverməsi ilə mövsümün ən yaxşı oyunçusu seçilib. Portuqaliyalı hücumçu "Metti Basbi" kubokunu alıb. Ronaldo 4-cü dəfə bu mükafatı almaqla komandanın ispaniyalı qolkiperi David De Xeaya çatıb.

 

Portuqaliya millisinin üzvü daha əvvəl 2003/04, 2006/07, 2007/08 mövsümlərində Mançester təmsilçisində ilin ən yaxşı futbolçusu mükafatına layiq görülmüşdü.

 

Qeyd edək ki, 37 yaşlı ulduz oyunçu geridə qalan mövsümdə "qırmızı şeytanlar"ın heyətində bütün turnirlər nəzərə alınmaqla 38 oyunda iştirak edib. O, bu matçlarda 24 qol vurub, 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right