Uels dünya çempionatının final mərhələsində! Yenilənib

Bu gün DÇ-2022-yə Avropa zonası üzrə sonuncu vəsiqənin sahibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, pley-off mərhələsinin final oyununda Uels və Ukrayna milli komandaları qarşılaşıb. Kardiff şəhərindəki "Kardiff Siti" stadionunda  keçirilən görüşdə Uels 1:0 hesabı ilə qalib gələrək 64 ildən sonra tarixində 2-ci dəfə mundiala vəsiqə qazanıb.

Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.

Xatılradaq  ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək davam edəcək. 

5 iyun

DÇ-2022, pley-off mərhələsi, final

20:00. Uels - Ukrayna - 1:0

Qol: Yarmolenko, 34-avtoqol

Baş hakim: Mateu Laos (İspaniya)

Kardiff. "Kardiff Siti" stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right