"Barselona" futbolçularının maaşını azaldır

"Barselona" futbolçularla maaşların azaldılması ilə bağlı danışıqlar aparılacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun iqtisadi məsələlər üzrə vitse-prezidenti Eduard Romeu məlumat verib:

"Barselona"da əmək haqqı 560 milyon avrodur ki, bu da "Bavariya"dan ikiqat çoxdur. "Real"ın bu fondu 400 milyon avrodur.Bu məsələ ilə bağlı futbolçularla danışıqlar fərdi olacaq. Klubun veteranları ilə danışıqlar komandanın maraqlarına uyğun aparılacaq. Əvvəlcə ən bahalı müqavilələr müzakirə edilməlidir. Bəzi maaşları ödəyə bilmirik və qiymətləndirmə aparmalıyıq".

Xatırladaq ki, “Barselona” ötən mövsümü çempionluq uğrunda mübarizədə “Real"a uduzaraq İspaniya çempionatının turnir cədvəlini ikinci yerdə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right