Qazaxıstan millisinin müdafiəçisi: "Baş məşqçi müdafiədə daha az risk etməyimizi tapşırdı"

Qazaxıstan millisinin müdafiəçisi Eldos Axmetov Millətlər Liqasının ilk turunda Azərbaycana qarşı keçirilən matçdan sonra yerli mətbuata danışıb.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı futbolçu millimizlə matçda qazanılan qələbəni bu cür şərh edib:

"İlk növbədə, hər kəsi qələbə münasibətilə təbrik etmək istəyirəm. Azarkeşlərin dəstəyi sayəsində biz bunu bacardıq. Amma dayanmaq olmaz, hələ görüləsi işlər çoxdur. İki gün sonra növbəti oyunumuz olacaq. Eyni oyunu təkrarlayıb, qələbə üçün çıxacağıq meydana. Azərbaycana qarşı ilk 20-25 dəqiqə öz oyunumuzu göstərdik, amma sonradan nəzarəti itirdik. Lakin yenə də oyunu öz nəzarətimizə qaytardıq və uğurlu nəticə əldə etdik".

- Fasilə zamanı baş məşqçi sizə “Real”ın (Madrid) oyunundan epizodlar göstərdi? Çünki ikinci hissədə 10 dəqiqə Madrid klubunun oyun üslubunda oynadınız...
- Xeyr, belə bir şey olmadı. Əslində baş məşqçinin fikrincə, ilk hissədə cinahdan daha çox hücum etməliydik. Başlanğıcda bu, işə yaradı, amma sonradan oyun istədiyimiz kimi getmədi. Fasilə zamanı isə baş məşqçi bildirdi ki, heç bir risk etmədən, daha asan şəkildə oynayaq. Yəni Maqomed Adiyev bizə “Real” kimi oynayın” demədi. O, müdafiədə daha az risk etməyimizi tapşırdı”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right