Millətlər Liqasının 1-ci turunda Portuqaliya ilə matç İspaniya millisinin futbolçusu Serji Busqets üçün əlamətdar olub.
Newsport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi matçda meydana start heyətdə daxil olub. O, bununla da millidə 134-cü oyununu keçirib. Belə nəticə ilə Busqets yığmanın sabiq futbolçusu Xavi Ernandesi geridə qoyub. O, millidəki oyun sayına görə ilk "3-lüy"ə yüksəlib.
1-ci yerdə serxio Ramos (180), ikinci yerdə isə İker Kasilyasdır (167).
Qeyd edək ki, Portuqaliya - İspaniya oyunu 1:1 hesabı ilə başa çatıb.