Milnerə orden verildi

"Liverpul"un futbolçusu Ceyms Milner Britaniya İmperiyasının ordeni ilə təltif edilib. 

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçi futbola və xeyriyyəçilik işlərinə görə "Şavaler" ordeni alıb. 

Milner 2009-2016-cı illərdə İngiltərə yığmasında oynayıb (61 matç, 1 qol) və Premyer Liqada 588 görüşdə meydana çıxıb. Bundan əlavə, futbolçu Böyük Britaniyada gənclərin sağlam istirahətini təşviq etmək üçün xeyriyyə fondu təsis edib.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right