Pike ilə Şakira ayrılır

"Barselona"nın futbolçusu Jerar Pike sevgilisi olan məşhur müğənni Şakira ilə ayrılmaq üzrədir.

Newsport.az İspaniyanın "El Periodico" nəşrinə istinadən xəbər verir ki, müdafiəçi sevgilisinə başqa bir qadınla xəyanət edib. 35 yaşlı oyunçu günahsız olduğunu desə də, müğənni ona inanmayıb. Baş verənlərdən sonra Pike Şakira ilə birgə yaşadığı evi tərk edərək Barselonadakı evinə köçüb.

Qeyd edək ki, Şakira və Pikenin 2 oğulları olsa da, onlar evlənməyiblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right