"Orlando Siti"nin hücumçusu Aleşandre Pato Braziliya millisinin heyətində Qətərdə keçiriləcək dünya çempionatında oynayacağına ümidini itirmir.
Newsport.az "goal.com"a istinadən xəbər verir ki, braziliyalı hücumçu bu il keçiriləcək mötəbər turnirdə oynamaq şansını dəyərləndirib:
"Mən hələ də dünya çempionatında oynaya bilərəm. Dani Alves və Tyaqo Silvaya baxın. Onlar cavan deyillər, amma hələ də yüksək səviyyədə oynaya bilirlər".
Bu mövsüm 32 yaşlı forvard "Orlando Siti"nin heyətində 14 matçda 3 qol vurub, 3 assist edib.