Qaret Beyl "Real Madrid" klubundan ayrılıb

Uels millisinin futbolçusu Qaret Beyl İspaniyanın "Real Madrid" klubundan ayrılıb.

Newsport.az xəbər verir ki, 32 yaşlı vinger bu barədə şəxsi instaqram hesabında bildirib.

Beyl "kral klubu"nda unuda bilməyəcəyi nailiyyətlər qazandığını vurğulayıb. O, paytaxt təmsilçisində oynamaq fürsəti əldə etdiyi üçün klub prezidenti Florentino Peresə və İdarə Heyətinə təşəkkür edib.

Qeyd edək ki, 2013-cü ildən "Real Madrid"də çıxış edən Qaret Beyl 3 dəfə İspaniya La Liqasının, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right