Vinisius Çempionlar Liqasının ən yaxşısı seçildi

Çempionlar Liqasında mövsümün ən yaxşı gənc futbolçusu məlum olub.

 

Newsport.az xəbər verir ki, bu, "Real"ın hücumçusu Vinisius Juniordur. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

 

22 yaşlı futbolçu finalda komandasına "Liverpul" üzərində qələbə qazandıran (1:0) qolun müəllifi olub. O, ÇL-də cari mövsüm ərzində meydana çıxdığı 13 matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right