"Bu, Barselonada heç vaxt başıma gəlməyib" Messi

PSJ-nin hücumçusu Lionel Messi komandası Çempionlar Liqasından kənarlaşdırıldığı üçün azarkeşlərin onu fit basmasını xatırladıb. 

Newsport.az xəbər verir ki, Messi və Neymar Fransa çempionatının 28-ci turunun “Bordo” ilə oyununda azarkeşlər tərəfindən fitə basılmışdı.

Argentinalı hücumçu "TyC Sports"a açıqlqamasında bu hərəkətə belə münasibət bildirib: “Bu mənim üçün yenidir və fərqli bir vəziyyətdir. Bu, Barselonada heç vaxt başıma gəlməyib. İnsanların futbolçulara, komandaya olan qəzəbi aydın görünür. Çempionlar Liqasını tərk etdik və azarkeşlərin qəzəbi başa düşüləndir. Mən və Neymar daha çox qələbə qazandıq. Amma yenə də bu baş verdi”.

Qeyd edək ki, PSJ 1/8 finalda "Real"a uduzaraq (ilk oyun - 1:0, cavab matçı - 3:1) turnirdə mübarizəni dayandırmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right