“Barselona”nın futbolçusu üçün daha bir “müştəri”

“Çelsi” “Barselona”nın hücumçusu Osman Dembele ilə maraqlanır.

Newsport.az-ın məlumatına görə, “zadəganlar” bu yay 25 yaşlı futbolçunun keçidini həll etmək istəyirlər.

Daha əvvəl bildirilmişdi ki, Dembele “Barselona”nın 2022-ci il iyunun 30-da başa çatacaq müqaviləsini uzatmaq təklifini rədd edib.

Fransalı futbolçunun xidmətində PSJ və “Liverpul” da maraqlıdır. Yeni klub Dembeleni azad agent kimi transfer edəcək.

Dembele 2017-ci ildən “Barselona”da çıxış edir. O, son mövsümdə bütün turnirlərdə 32 oyunda 2 qol vurub və 13 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right