Benzema: "Qızıl top" o qədər də uzaqda deyil"

"Real"ın futbolçusu Kərim Benzema bu il "Qızıl top"a layiq olması barədə söylənən fikirlərə münasibət bildirib:  

Newsport.az-ın məlumatına görə, 34 yaşlı hücumçu "Telefoot"a açıqlamasında deyib:

"Dediyim kimi, “Qızıl top” arzudur. Amma o, vaxt keçdikcədaha da yaxınlaşır. "Qızıl top" o qədər də uzaqda deyil. İndi bu barədə düşünməyə vaxtım var. Bu mövsüm keçən dəfəkindən daha yaxşı oynadım. Ümid edirəm ki, "Qızıl top"a daha yaxın olacağam".

Qeyd edək ki, Benzema 2021/22 mövsümündə "Real"la La Liqa, Çempionlar Liqası və İspaniya Superkubokunun qalibi olub. Kərim yerli  çempionatın (27 qol) və Çempionlar Liqasının (15 qol) bombardiri adını qazanıb. Hücumçu mövsüm ərzində "Real"la 46 oyunda 44 qol vurub və 15 qolun ötürməsini verib. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah