"Bavariya" "Ayaks"ın futbolçusunu transfer edir

Rayan Qravenberx "Bavariya"nın heyətinə qoşulmaq üçün tibbi müayinədən keçib. 

Newsport.az-ın məlumatına görə, 20 yaşlı futbolçunun transferi gələn həftə rəsmiləşəcək.

Qravenberxlə müqavilənin  2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, geridə qalan mövsümdə Amsterdam təmsilçisinin heyətində bütün turnirlərdə 42 oyuna çıxan niderlandlı yarımmüdafiəçi 3 qol vurub, 6 assistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right