"Barselona" "Real"ı təbrik etdi

"Barselona" əzəli rəqibi "Real"ı Çempionlar Liqasında bu mövsümün qalibi olması münasibəti ilə təbrik edib.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi sosial şəbəkə hesablarında bununla bağlı paylaşım edib. "Real"ı bu axşam (dünən - red) "Stade de Frans"da Çempionlar Liqasının qalibi olması münasibəti ilə təbrik edirik" - deyə klubun "Tvitter" səhifəsi yazıb.

Qeyd edək ki, Madrid təmsilçisi finalda "Liverpul"a 1:0 hesabı ilə qalib gələrək tarixində 14-cü dəfə Çempionlar Liqasının kubokunu qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right