Di Mariyanı "Barselona"ya təklif etdilər

PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariyanın agenti oyunçunu "Barselona"ya təklif edib.

Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun nümayəndələri Kataloniya klubunun rəhbərliyi ilə əlaqə saxlayıb və Di Mariyanın xidmətlərini təklif ediblər. Argentinalı oyunçunun PSJ ilə hazırkı müqaviləsi iyunun 1-də başa çatır, bundan sonra o, azad agent kimi başqa kluba keçə bilər. "Barselona"nın yaş məsələsinə görə yarımmüdafiəçini transfer etməkdə tərəddüd etdiyi bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right