29 ildən sonra "İmarət" stadionuna qayıtdılar

“Qarabağ”ın sabiq məşqçi heyəti və futbolçuları işğaldan azad olunan Ağdam şəhərinə səfər ediblər.

Newsport.az xəbər verir ki, səfərdə məqsəd Bakı Media Mərkəzi tərəfindən “Qarabağ” haqda sənədli filmin çəkilişində iştirak etmək olub.

Çəkilişin Ağdamdakı hissəsində 80-ci illərin sonları-90-cı illərdə “Qarabağ”dakı çıxış etmiş şəxslər iştirak edib. Onların arasında o vaxtkı baş məşqçi Ağasəlim Mircavadov, məşqçi Nazim Mehrəliyev və bir neçə futbolçu olub. Onlar dağıımış “İmarət” stadionunda da olaraq kollektiv şəkil çəkdiriblər.

Bu heyət son dəfə Ağdam stadionunda 1993-cü ilin mayın 12-də “Turan”la Azərbaycan Kubokunun yarlmfinal görüşü olub. Ağdamlılar bu matçda 1:0 hesabıyla qələbə qazanıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right