Azərbaycan çempionu Bolqarıstan klubundan ayrılıb

"Neftçi" klubunun sabiq futbolçusu Ahmed Ahmedov Bolqarıstan MOİK-i ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə instaqram hesabında bildirib.

Bolqarıstanlı forvard iki il ölkənin ən titullu klubunda çıxış etdiyini vurğulayaraq, ona dəstək olan hər kəsə təşəkkür edib və komandaya uğurlar arzulayıb.

Qeyd edək ki, Ahmed Ahmedov 2020-ci ildən MOİK-in formasını geyinib. O, 2020/2021 mövsümünün ikinci yarısında icarə əsasında "Neftçi"də çıxış edib və "ağ-qaralar"la ölkə çempionu adını qazanıb. Hücumçu sonuncu - XXVIII turda "Qarabağ"la qarşılaşmada komandaya qələbə qazandıran yeganə qolun müəllifi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right