"Barselona" ispanı İngiltərəyə göndərəcək

"Vulverhempton"un vingeri, icarə əsasında "Barselona"da oynayan Adama Traore İngiltərəyə qayıdacaq.

Newsport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi ispaniyalı forvardı komandada saxlamaq niyyətində deyil.


Traorenin "Vulverhempton"la müqaviləsi 2023-cü ildə sona çatacaq. "Barsa" onu 30 milyon avro qarşılığında transfer etmək hüququna sahibdi. Amma futbolçunun performansı Xavini razı salmadığından buna ehtiyac görməyib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right