“Ruslar ən azı beş il bütün idman yarışlarından uzaqlaşdırılmalıdır”

Futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi Oleksandr Petrakov rusların beş il müddətinə bütün yarışlardan uzaqlaşdırılmasının vacibliyini bildirib.

Newsport.az-ın məlumatına görə, “Corriere dello Sport”-a danışan baş məşqçi bunları deyib:

“Hesab edirəm ki, ruslar ən azı beş il bütün idman yarışlarından uzaqlaşdırılmalıdır. Ən azı beş il”.

May ayında UEFA İcraiyyə Komitəsi Rusiyanın futbol klublarının 2022/23 mövsümündə avrokuboklarda iştirak etməyəcəyini, Rusiya milli komandasının Millətlər Liqasında çıxışına icazə verilməyəcəyini açıqlayıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah