Millimizin üzvü Portuqaliya klubu ilə vidalaşdı

Azərbaycan millisinin icarə əsasında "Tondela"da oynayan futbolçusu Renat Dadaşov klubdan ayrılıb. 

Newsport.az-ın məlumatına görə, o, bu barədə öz İnstaqram hesabında paylaşım edib. Dadaşovun Portuqaliya təmsilçisi ilə müqaviləsi başa çatıb. 23 yaşlı hücumçu komanda ilə vidalaşıb:

“Tondela”da enişli-çıxışlı, təcrübələrlə dolu möhtəşəm bir il keçirdim. Bu fürsət üçün kluba təşəkkür etmək istəyirəm. İndi isə vidalaşmaq və gələcəyə fokuslanmaq vaxtıdır. Komanda yoldaşlarıma, azarkeşlərimizə, bütün heyətə və bu mövsüm mənə kömək edən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Renat müqavilə əsasında "Vulverhempton"a məxsusdur. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right