Çempionluq kubokunu Ukrayna bayrağına bürüdü

“Mançester Siti”nin ukraynalı futbolçusu Oleksandr Zinçenko ötən gün "Aston Villa" ilə oyundan (3:2) sonra çempionluq kubokunu ölkəsinin bayrağına bürüyüb.

Newsport.az xəbər verir ki, o, çempionluğu göz yaşları içərisində qeyd edib. 

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücum ediblər. Bütün dünyada kəskin etirazlara səbəb olan bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah