Məşhur klub Premyer-liqanı tərk etdi

Rusiya çempionatında 2021/2022 mövsümünə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, "Zenit"in çempion olduğu mövsümdə Rusiyanın məşhur klublarından olan "Rubin" Premyer-liqanı tərk edib. İki dəfə ölkə çempionu olmuş (2007/2008, 2008/2009) Kazan təmsilçisi 30 turdan sonra 29 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

"Rubin"dən başqa Tula "Arsenal"ı da aşağı liqaya düşüb. "Ximki" və "Ufa"nın Premyer-liqada qalıb-qalmayacağı isə pley-off matçlarından sonra bilinəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right