Dzyuba "Zenit"dən ayrıldı

Rusiya çempionu "Zenit"də ayrılıq yaşanıb.

Newsport.az-ın məlumatına görə, Sankt-Peterburq təmsilçisinin hücumçusu Artyom Dzyuba komandadan ayrılıb. Bu barədə 35 yaşlı forvard özü məlumat verib. Rusiyalı futbolçu klubla başa çatan müqaviləsini uzatmayıb.

Artyom Dzyuba 2015-ci ildən "Zenit"də çıxış edir. Təcrübəli qolçu cari mövsümdə "ağ-mavilər"in heyətində meydana çıxdığı 39 matçda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right