"Barselona" ABŞ-da keçirilən Beynəlxalıq Çempionlar kubokunda ilk oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Kataloniya klubu "Los-Anceles Qalaksi" ilə qarşılaşıb. Matç "Barsa"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. İspaniya təmsilçisində qolları Luis Suares və Serxio Roberto vurub.
Qeyd edək ki, digər oyunlarda PSJ "Fiorentina"ya 4:2, "Mançester Yunayted" isə "San Xose"yə 3:1 hesabı ilə qalib gəlib.