"Qarabağ" və ya "Neftçi" üçün Azərbaycana qayıdaram"

"Təbii ki, ara-sıra Azərbaycan futbolunu izləyirəm. Mövsüm sona çatdı. Hamıya yeni mövsümdə uğurlar arzulayıram".

Newsport.az-ın məlumatına görəbu sözləri Sportal.az saytına açıqlamasında Anatole Abanaq deyib.

Hazırda BƏƏ-nin "Əl Bateeh" klubunda çıxış edən kamerunlu hücumçu Azərbaycana qayıtmaq niyyətində olduğunu söyləyib.

Ərəb ölkəsində birinci liqada bombardirlik bacarığını nümayiş etdirən 25 yaşlı hücumçu hansı klubumuzda oynamaq istədiyini də dilə gətirib:

"Azərbaycana qayıtmağı təbii ki, çox istəyirəm. Hansı klubda oynamaq istədiyimi də deyə bilərəm. “Qarabağ” və ya “Neftçi” üçün Azərbaycana qayıdaram. Bu iki klubu daha çox bəyənirəm. Təklif olarsa, danışmaq mümkündü. Amma böyük ehtimalla burada qalacam. Azərbaycan klublarının mənə təklif göndərməməsinə gəlincə, yəqin ki, mənə verə biləcəkləri pulları yoxdu".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right