"Traktor"un oyunu yarımçıq dayandırıldı

İran çempionatının 28-ci turunda ötən gün keçirilən "Traktor" - "Persepolis" matçı yarımçıq dayandırılıb.

Newsport.az xəbər verir ki, matçın 2-ci hissəsində yerli azarkeşlər meydana daş atıb. Qonaq komandanın futbolçusu Omid Alişah isə daşı meydançadan götürərək təbrizli fanatlara atıb.

Bundan sonra hər iki komandanın futbolçuları arasında dava düşüb. Polis azarkeşlərin meydana daxil olmasının qarşısını alıb. Oyun isə 70-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırlıb. .

İran mətbuatı yazıb ki, Təbriz klubuna texniki məğlubiyyət veriləcəyi gözlənilir.

Pandemiyadan sonra ilk dəfə dünənki oyunda “Traktor”un 70 minlik azarkeş tutumu olan "Yadegar" stadionu tam dolub.

Qeyd edək ki, “Traktor” 27 turdan sonra 25 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right