"Mançester Yunayted" şam yeməyini ləğv etdi

“Mançester Yunayted” ənənəvi olaraq hər il keçirdiyi mövsümsonu şam yeməyini ləğv edib.

Newsport.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Bildirilir ki, “Mançester Yunayted”in futbolçuları mövsümü pis keçdiyi üçün klub rəhbərliyindən ziyafəti ləğv etməyi istəyiblər.

Hazırda "Mançester Yunayted" İngiltərə çempionatının turnir cədvəlində 58 xalla altıncı yerdədir və komandanın gələn mövsüm Çempionlar Liqasında oynaya bilməyəcəyi dəqiqləşib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right