Gürcüstanda məktəblərdə şahmat məcburi fənn olacaq

Gürcüstanda məktəblərdə şahmat məcburi fənn olacaq.

Newsport.az xəbər verir ki, qərar Respublikanın təhsil naziri Mixail Çxenkeli tərəfindən təsdiqlənib.

“Şagirdlər analitik, məntiqi, tənqidi təfəkkür və praktiki problem həll etmə bacarıqlarını inkişaf etdirmək üçün birinci sinifdən şahmatı öyrənəcəklər. Şagirdlər arasında şahmat icbari fənn olacaq”, - deyə nazirlikdən bildirilib.

İkinci və üçüncü siniflərdə şahmat seçmə fənn kimi təklif olunacaq.

​Yenilik Gürcüstanda yeni tədris ilindən qüvvəyə minəcək. Həmin vaxta qədər Təhsil Nazirliyi Milli Şahmat Federasiyası ilə birlikdə müəllimlər və təhsil resursları hazırlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right