Obameyanq millidəki karyerasını başa vurdu

"Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanq  Qabon millisindəki karyerasını başa vurub.

Newsport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 32 yaşlı oyunçu Qabon Futbol Federasiyasına göndərdiyi məktubunda bildirib:

“Ölkəmi təmsil etməkdən qürur duyduğum 13 ildən sonra beynəlxalq karyeramı bitirdiyimi elan edirəm.

Qabon xalqına və həm yaxşı, həm də pis gündə mənə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Milli komandada debüt etdiyim gün və ya Nigeriyadan Afrika Qızıl Topu ilə qayıtdığım gün kimi çoxlu xoş xatirələrim olacaq. Hər zaman milli komandaya dəstək olan, ölkəmizdə futbolun inkişafı üçün çalışan prezidentimiz Ali Bonqo Ondimbaya təşəkkür edirəm. Karyeramda tanış olduğum bütün məşqçilərimə və komanda yoldaşlarıma da təşəkkür edirəm. Nəhayət, mənə özü kimi edən atama minnətdaram. Ümid edirəm ki, bu rəngləri geyinməklə onu qürurlandırmışam” .

Qeyd edək ki, Obameyanq Qabon millisində 72 oyun keçirib və yığmanın kapitanı olub. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right