"Onlar qarajdakı Ferrari kimidirlər" Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 37-ci turunda “Sauthempton”a qalib gəldikləri (2:1) matçı şərh edib.
 
Newsport.az xəbər verir ki, alman mütəxəssis görüşdən sonra keçirilən mətbuat konfransında şans verdiyi əsas heyət üzvü olmayan futbolçuları haqda danışıb. O, bu futbolçularını Ferrariyə bənzədib:
 

“Oyundan həqiqətən məmnunam. Bu uşaqlar...! Onlar qarajdakı Ferrari kimidirlər. Mənim heç vaxt belə komandam olmayıb. Bu gün xüsusi bir matç idi. Lazım olanı futbolçuların sayəsində etdik. Komandam bununla fəxr etməlidir”.

Qeyd edək ki, "Liverpul" əzmkar qələbə ilə xallarını 89-a çatdırıb. "Qırmızılar" mövsümün sonuna bir tur qalmış lider "Mançester Siti"dən 1 xal geri qalır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right