PSJ Messiyə görə rekord gəlir əldə edib

Fransanın PSJ klubu argentinalı ulduz futbolçu Lionel Messinin transferi sayəsində mövsümü 700 mlyon avroluq rekord gəlirlə başa vuracaq.
 
Newsport.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun keçidi ilə Paris təmsilçisi 11 yeni sponsor və tərəfdaş cəlb edib.
 
Onlardan əldə edilən gəlir 300 milyon avrodur. PSJ cari mövsüm 1 milyon forma satıb ki, bunların da 60 faizi Messiyə məxsus olub. Paytaxt klubu məhsul satışından 41 milyon avro qazanıb.
 
Bundan əlavə, argentinalı forvardın transferi oyun günü gəlirlərini 132 milyon avroya yüksəldib. Bu məbləğ daha əvvəl 93 milyon avroya bərabər idi.
 
Gəlir baxımından əvvəlki klub rekordu 2018/2019 mövsümündə olub. PSJ həmin vaxt 637,3 milyon avro qazanıb.
 
Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında İspaniya "Barselona"sını PSJ-yə dəyişib. O, komandanın heyətində 33 rəsmi görüşə çıxıb, 11 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right