KİV: Mbappe "Real Madrid"lə şəxsi müqaviləsini razılaşdırıb

İspaniya "Real Madrid"i Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe ilə şəxsi müqavilənin detallarını razılaşdırıb.
 
Newsport.az "The Athletic"ə istinadən xəbər verir ki, amma 24 yaşlı hücumçu hələlik "kral klubu" ilə sözləşməyə imza atmayıb.
 
Bu səbəbdən Paris təmsilçisinin rəhbərliyi fransalı forvardı fikrindən daşındırmaq üçün əlindən gələni edir.
 
Qeyd edək ki, daha əvvəl "Marca" nəşri "Real Madrid"in Kilian Mbappeyə illik 40 milyon avro məvacib təklif etdiyini və keçidin tamamlandığını yazıb. Futbolçunun PSJ ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right