Luis Suares azarkeşlərlə vidalaşdı

“Atletiko”nun hücumçusu Luis Suares Madrid azarkeşləri ilə vidalaşıb.

Newsport.az xəbər verir ki, o, sosial şəbəkə hesabında hər kəsə təşəkkürünü bildirib:

“Azarkeşlərin hər birinə göstərdikləri sevgiyə, hər gün göstərdikləri sədaqətə görə “Atletiko”nun hər bir üzvünə və məni tək qoymayan ailəmə çox minnətdaram!”.

Suares 2020-ci ilin sentyabrından “Atletiko” da çıxış edir. Uruqvaylı hücumçu bu mövsüm komandanın heyətində 43 oyunda 13 qol vurub və 3 məhsuldar ötürmə edib.

Onun “hindular”la müqaviləsi bu ilin yayında bitir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right