La Liqanı tərk edəcək 2-ci komanda da bilindi

Futbol üzrə İspaniya La Liqasında 37-ci turun oyunları keçirilib. Newsport.az xəbər verir ki, son tur öncəsi La Liqanı tərk edəcək ikinci komandanın da adına aydınlıq gəlib. Bu, “Alaves” klubudur.
 
Xatırladaq ki, daha əvvəl “Levante”nin növbəti mövsümdə elitada olmayacağı dəqiqləşmişdi.
 
37 turdan sonra “Levante” 32 xalla 19-cu, “Alaves” isə 31 xalla 20-ci pillədədir. 17-ci pillədə qərarlaşan “Kadis”in isə 36 xalı var. Aşağı liqaya düşəcək 3-cü komandanın adına son turun oyunlarından sonra aydınlıq gələcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right