Benzema Raula çatdı

"Real"ın hücumçusu Kərim Benzema adını klubun tarixinə yazdırıb.

 

Newsport.az xəbər verir ki, fransalı forvard La Liqanın 36-cı turunun "Levante" ilə matçında (6:0) fərqlənməklə "kral klubu"nun heyətində vurduğu qolların sayını 323-ə yüksəldib. 34 yaşlı qolçu bununla Raul Qonsalesə çatıb. 

 

Hər iki futbolçu 323 qolla "Real" tarixinin bombardirləri siyahısında 2-ci yerdədir. İspaniya nəhənginin heyətində ən çox fərqlənən isə 450 qolla Kriştiano Ronaldodur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right