"Barselona" Koutinyonu İngiltərə klubuna satdı Rəsmi

"Barselona" Filippe Koutinyonu "Aston Villa"ya birdəfəlik satıb.

Newsport.az-ın məlumatına görə, məlumatı Kataloniya təmsilçisinin rəsmi saytı yayıb. Premyer Liqa klubu bu keçidə görə "Barselona"ya 20 milyon avro ödəyəcək. Bundan başqa İspaniya klubu 29 yaşlı futbolçunun növbəti satışından 50 faiz gəlir əldə etmək hüququna sahibdir.

Qeyd edək ki, "Barselona" Koutinyonu qış transfer pəncərəsi zamanı "Aston Villa"ya icarəyə vermişdi. Braziliyalı yarımmüdafiəçi Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 16 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right