“Ayaks”dan 36-cı çempionluq

Futbol üzrə Niderland Erediviziyasında 2021/22 mövsümünün qalibi bəlli olub.

Newsport.az-ın məlumatına görə, son turda evdə “Herenven”i 5:0 hesabı ilə darmadağın edən “Ayaks” vaxtından əvvəl qızıl medallara sahib çıxıb.

Komanda bu qələbədən sonra xallarını 82-yə çatdırıb. Sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirən Amsterdam təmsilçisi ümumilikdə 36-cı dəfə bu titula yiyələnib.

PSV (78 xal) gümüş, “Feyenoord” (71 xal) isə bürünc medalların sahibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right